Gürcüstanda
20.06.2021 11:08
400
Sağlamlıq
A
Gürcüstanda "Hindistan ştammı"na yeni yoluxmalar qeydə alınıb

"Gürcüstanda "Hindistan ştamı"nın iki yeni hadisəsi müəyyən edilmişdir".

Aktual.ge xəbər verir ki, bunu Xəstəliklərə Nəzarətin Milli Mərkəzinin rəhbəri Amiran Gamkrelidze deyib.

Onun sözlərinə görə, hər ikisi dünən günortadan sonra təsdiqlənib.

"Delta" kimi tanınan ştama yoluxma Gürcüstanda cəmi 20 nəfərdə aşkarlanıb.

“18 hadisədən sonra daha iki yoluxma halı qeydə alınıb. Bununla da ümumilikdə 20 yoluxma hadisəsi mövcuddur. "Hindistan ştamı" və ya digər ştamın fərqli bir klinik əlaməti yoxdur", - deyə Qamkrelidze bildirib.

ŞƏRH YAZ
7