Rustavi küçələrində bir nəfər insanları xəncərlə təhdid edib
20.06.2021 13:10
478
Hadisə
A
Rustavi küçələrində bir nəfər insanları xəncərlə təhdid edib

Rustavidə bir nəfər soyuq silahla yerli sakinlərin boğazını kəsməklə hədələyirdi.

Aktual.ge xəbər verir ki, hadisə Rustavi, "Dostluq" prospektində baş verib.

Hadisə yerinə təcili yardım və polis əməkdaşları cəlb olunub.

Təcili yardım briqadası silahlı şəxsi Rustavidəki psixiatriya klinikasına aparıb, lakin o, tibb müəssisəsinə qəbul edilməyib.

Klinikadan bildirildiyinə görə, səbəb klinikada mövcud olan yer azlığı idi.
 
“Yerimiz yoxdur və biz bu barədə patrul polisinə məlumat vermişik, protokol tərtib edib sərbəst buraxdıq”, - deyə klinikanın növbətçi həkimi Mariam Mamrikişvili bildirib.

Yer çatışmazlığı səbəbindən bir neçə saat gözlədikdən sonra şəxsin müalicəsini davam etdirəcəyi Qldanidə yerləşən psixiatriya müəssisəsinə köçürülüb.

ŞƏRH YAZ
0