Yunanıstan təxribatdan əl çəksin... - Çavuşoğlu
20.06.2021 15:33
231
Dünya
A
Yunanıstan təxribatdan əl çəksin... - Çavuşoğlu

Yunanıstan təxribatçı addımlardan imtina etməlidir.

Aktual.ge xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlu deyib.

Çavuşoğlu bir müddət davam edən gərginlikdən sonra yenidən Yunanıstanla dialoqa başlandığını bildirib:

“Məsləhətləşmələrimizə də başlamışıq. Dendias gəldi və mən Yunanıstana getdim. Möhtərəm prezidentimiz Miçotakislə də görüşdü. Bu qətiyyət və pozitivlik hər iki tərəfdə də davam edir. Yunanıstanın təxribatdan əl çəkməsi lazımdır. Egeydə heç bir təlim keçirməmək barədə razılığımız var, ancaq Yunanıstanın NAVTEX elan etdiyini görürük. Bir sözlə, Yunanıstan təxribatçı addımlardan imtina etməlidir”.

ŞƏRH YAZ
0