20.06.2021 18:00
1695
Kriminal
A
"Yaralı idi, qapının qarşısında uzandı, qalanları isə qaçdı" - Bolnisi Cinayətinin Təfərrüatları

Bolnisidəki gəncin öldürüldüyü ev möhürlənib. Hazırda polis hadisə yerində araşdırma aparır.

Aktual.ge xəbər verir ki, bir nəfər gənc küçə davası zamanı öldürülüb.

O, kürək nahiyyəsindən vurularaq yaralanıb, xəstəxanaya aparılmazdan əvvəl isə öldü.

Gənc Dmanisidən idi və Bolnisidə işləyirdi. Dostu ilə müvəqqəti olaraq kirayədə yaşayırdı.

Qarşıdurma zamanı başqa bir gənc də yaralanıb. Onun harada olduğu isə məlum deyil.

Mövcud məlumatlara görə, daha sonra davaya çevrilən mübahisədə təxminən 50 nəfər iştirak edib.

"50 nəfərə qədər adam çıxdı. Nəsə mübahisələri varmış. Kimsə yaralanıbmış. Qapının qarşısında uzandı, qalanları isə qaçdı, sonra qonşular ona sahib çıxdı", - deyə yerli sakinlərdən biri bildirib.

Mövcud məlumatlara görə, evin yaxınlığında münaqişə ilə əlaqəli şəxslərə aid olduğu iddia edilən avtomobillər möhürlənib.

Cinayət dünən Bolnisi şəhərində baş verib.

ŞƏRH YAZ
5