Marneulidə İmam Rza (ə) təvəllüd mərasimi keçirilib
23.06.2021 11:16
240
Din
A
Marneulidə İmam Rza (ə) təvəllüd mərasimi keçirilib

Ötən axşam Marneulinin Vinisavxoz kəndində İmam Rzanın (ə) təvəllüdü münasibəti ilə bayram mərasimi keçirilib.

Aktual.ge xəbər verir ki, İmam Rza (ə) adına məscidin həyətində təşkil olunan mərasimdə yerli müsəlmanlar və din xadimləri iştirak edib.

Məscidin axundu Vasif Həsənovun aparıcılığı və giriş sözü başlayan mərasim din xadimi Məşədi Tural Həsənovun Qurani-Kərimdən bir neçə ayəni tilavət etməsi ilə açıq elan olunub.

Tədbirdə Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) şeyxi Hacı Ramin İgidov, həmin idarənin bölgə üzrə nümayəndəsi Hacı Qurban Murquzov, Gürcüstan Əhlibeyt Cəmiyyətinin sədr müavini Elçin Daşdanov və başqaları çıxış edib. Çıxış edənlər öncə qonaqları salamlayaraq İmamın (ə) təvəllüdü münasibəti ilə təbrik ediblər. Sonra İmam Rzanın (ə) örnək insani keyfiyyət, xüsusiyyət və fəzilətlərindən və ibrətli kəlamlarından danışıblar.

Mərasim boyunca Əhlibeyt məddahı Səid Həsən şeir, mədhiyyə və ilahilər ifa edərək məclisə xoş və mənəvi abu-həva bəxş edib.

Tədbirin sonunda Quran və dini bilgilər kursunla iştirak edən tələbələrə sertifikat və hədiyyələr təqdim olunub.

ŞƏRH YAZ
1