Bunu etməsək, nə hüzurumuz qalar, nə də... - Başqan Ərdoğan
26.06.2021 02:15
399
Siyasət
A
Bunu etməsək, nə hüzurumuz qalar, nə də... - Başqan Ərdoğan

İndi eyni şəkildə yeni addımlar atırıq. Güclü bir təhlükəsizlik kəməri yarada bilməsək, bizə rahatlıq verməzlər.

Aktual.ge xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya və Liviyadakı vəziyyətdən danışarkən deyib.

"Ssenariləri hərəkatlarımızla boşa çıxardıq. Terror təşkilatları və rejimi müdafiə etdikləri qədər sizin həyatınıza sahib çıxmadılar. Eyni vəziyyəti Liviyada da yaşadıq. Bu yaxınlarda Şuşaya getdik və oradakı qardaşlarımızın sevincini bölüşdük. İndi eyni şəkildə yeni addımlar atırıq. Əgər Türkiyə xaricdə belə bir güclü kəmər yaratmasa, vətən torpaqları içərisində bizim nə hüzurumuz, nə də firavanlığımız qalar", - Ərdoğan qeyd edib.

ŞƏRH YAZ
0