Ruslan Hacıyevin paylaşımına TİKA Kordinatoru:
09.07.2021 18:52
180
Mədəniyyət
A
Ruslan Hacıyevin paylaşımına TİKA Kordinatoru: "Bu işdə əməyi və əziyyəti çox böyükdür"

"Əziz dostlar, saz söz sənətinin böyük ustadı, aşıq Xan Kamandarın, bölgəmizdə ilk dövlət statusu almış ev muzeyinin, tam təmirdən cıxaraq acılışı həyata kecirildi. Mənim ücün cox sevindirici bir haldır ki, əməyimin bəhrəsini gördüm".

Aktual.ge xəbər verir ki, bunu Parlamentin sabiq üzvü Ruslan Hacıyev özünün "Facebook" hesabında yazıb.

"Bu münasibətlə, ilk öncə Gürcüstan Mədəniyyət Nazirliyinə,Türkiyə səfirinə və TİKA ya öz təşəkkürümü bildirmək istəyirəm, mənə bu işlərdə dəstək olduqları ücün",-deyib keçmiş Marneuli rayonunun majoritar deputatı.

R.Hacıyevin bu paylaşımını Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Gürcüstan Kordinatoru Necla Demirdağ da təsdiqləyib.

N.Demirdağ Aktual.ge xəbər portalına müsahibəsində deyib: "Hörmətli Ruslan bəyin bu işdə əməyi və əziyyəti çox böyükdür". 

Məlumat üçün bildirək ki, ötən gün Marneuli rayonunun Kür-üstü Kəpənəkçi kəndində Aşıq Kamandar Əfəndiyevin ev müzeyinin açılışı olub. Söz üstasının ev müzeyinin bütün bərpa işləri TİKA tərəfindən həyata keçirilib. 

 Ruslan Hacıyev:
ŞƏRH YAZ
4