Komitə sədri Türkiyənin səfiri ilə görüşüb
09.07.2021 19:18
232
Mədəniyyət
A
Komitə sədri Türkiyənin səfiri ilə görüşüb

Parlamentin Mədəniyyət Komitəsinin sədri Eliso Bolkvadze, Türkiyənin Gürcüstandakı səfiri Fatman Ceren Yazqan ilə görüşüb.

Aktual.ge xəbər verir ki, görüşdə iki ölkə arasında mədəni əlaqələrin dərinləşdirilməsi və Qara dəniz hövzəsi ölkələrinin yaxınlaşması üçün yeni ideaların həyata keçirilməsi müzakirə edilib.

“Qara Dəniz Festivalı 2022-ci ildə Batumidə keçiriləcək. İclasda bu forumun mədəni diplomatiyanın inkişafı baxımından əhəmiyyətindən danışdıq. Festivalda Türkiyə Cümhuriyyətinin mədəniyyət sahəsinin nümayəndələri iştirak edəcəklər",-deyib komitə sədri.

ŞƏRH YAZ
0