Tbilisinin 21-ci qardaş şəhəri: Bakı
13.07.2021 21:00
144
Mədəniyyət
A
Tbilisinin 21-ci qardaş şəhəri: Bakı

24 illik ortaqlıqdan sonra Tbilisi və Bakı arasında qardaşlaşma memorandumu imzalanıb.

Bu barədə Aktual.ge xəbər portalına Tbilisi Şəhər Meriyasının mətbuat xidmətindən məlumat verilib.

Verilən məlumata görə, Bakidan səfərdə olan Kaxa Kaladze həmkarı Eldar Əzizov ilə Tbilisi və Bakı arasında qardaşlaşma memorandumu imzalanıb.

"Qardaşlaşma memorandumu çox vacibdir Bu gün Tbilisi ilə Bakı arasında bu memorandumu imzaladıq. Şəhərlərimiz arasında uzunmüddətli bir ortaqlıq var idi. Mən ümid edirəm, bu memorandum Gürcüstan və Azərbaycana böyük töhfə verəcəkdir və əsrlərdir davam edən əlaqələri daha da dərinləşdirəcəkdir eləcə də, münasibətlərimizi daha maraqlı edəcəkdir",-deyib K.Kaladze.

Memorandumda qeyd olunub ki, mədəniyyət, incəsənət, turizm, şəhərsalma, ətraf mühit, nəqliyyat, informasiya texnologiyaları, enerji səmərəliliyi, gənclərlə işlərin görülməsi və idman sahələrində məlumat və təcrübə mübadiləsi ilə yanaşı ticarət və işgüzar münasibətləri müxtəlif istiqamətlərdə dərinləşdirəcək.

Bakı icra hakimiyyətinin başçısı Eldar Əzizov isə qeyd edib ki, Tbilisi merinin Bakıya 2 günlük rəsmi səfəri bu gün başlayıb: "Səfər çərçivəsində Tbilisi meri ilə yüksək səviyyəli görüşlər planlaşdırılır fərqli formatlarda".

 

ŞƏRH YAZ
2