Marneulidə Polad Həşimov və İlqar Mirzəyevin şəhid olmasının ildönümü yad edilib
14.07.2021 22:08
292
Din
A
Marneulidə Polad Həşimov və İlqar Mirzəyevin şəhid olmasının ildönümü yad edilib

Marneuli rayonunda yerləşən Hz.İmam Əli (ə.s) məscidində Azərbaycanda Tovuz döyüşləri zamanı şəhid olan general-mayor Polad Həşimovun və əslən Gürcüstandan olan polkovnik İlqar Mirzəyevin şəhid olmasının birinci ildönümü yad edilib.

Aktual.ge məlumat verir ki, şam namazından sonra qəhraman şəhidlərin xatirəsinə təşkil olunan ildönümü mərasimində çıxış edən İmam Əli (ə.s) məscidinin axundu Hacı Hacıyev, Polad Həşimovun və əslən Gürcüstanın Qardabani rayonundan olan polkovnik İlqar Mirzəyevə Allahdan rəhmət diləyib və müzəffər Azərbaycan Ordusunun gücü ilə onların qanı yerdə qalmadığını söyləyib.

Din xadimi şəhidliyin zirvəsindən və məqamından danışaraq, Azərbaycan 44 günlük Vətən müharibəsindəki göstərdiyi şücəti dilə gətirib və qəhraman şəhid Mübariz İbrahimov başta olmaqla bütün azərbaycanlı şəhidlərə rəhmət diləyib və onlara dualar edib.

ŞƏRH YAZ
0