17.07.2021 13:17
222
İdman
A
"Neftçi" Bakıda da "Dinamo"ya qalib gəldi

"Bakcell Arena"da keçirilən görüş Tbilisidə olduğu kimi flaqmanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Aktual.ge xəbər verir ki, qələbə qazanan "Neftçi" Çempionlar Liqasında II təsnifat mərhələsinə yüksəlib.

Komandanın növbəti raunddakı rəqibi Yunanıstanın "Olimpiakos" klubu olacaq.

İlk oyun iyulun 21-də səfərdə, cavab görüşü isə 1 həftə sonra Bakıda keçiriləcək.

Tbilisi "Dinamo"su isə mübarizəni Konfrans Liqasında davam etdirəcək.

ŞƏRH YAZ
0