Azərbaycanlı gənc aktyor koronadan vəfat etdi
19.07.2021 19:11
272
Mədəniyyət
A
Azərbaycanlı gənc aktyor koronadan vəfat etdi

Heydər Əliyev adına Tiflis Dövlət Peşəkar Azərbaycan Dram Teatrının keçmiş aktyoru Fazil Bayramov vəfat edib.

Aktual.ge məlumat verir ki, onun ölümünə koronavirus infeksiyası səbəb olub.

Gənc aktyor yarım aya yaxın xəstəxanada müalicə olunsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, F.Bayramov 10 ildən çox müddətdə Azərbaycan teatrında çalışıb, əksər tamaşalarda əsas rolları ifa edib.

Allah Rəhmət Eyləsin 

ŞƏRH YAZ
7