Tbilisidə yüzlərlə insanın qatılımı ilə Qurban bayramı namazı qılınıb - FOTO
20.07.2021 11:59
1062
Din
A
Tbilisidə yüzlərlə insanın qatılımı ilə Qurban bayramı namazı qılınıb - FOTO

20 iyul səhər saatlarında Tbilisidəki Cümə Məscidində Qurban bayramı namazı qılınıb.

Aktual.ge xəbər verir ki, bayram namazı öncəsi Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) şərqi-Gürcüstan müftisi Etibar Eminov, Qurban bayramı haqqında və onun fəziləti barəsində xütbə edib.

Müfti xütbəsində bütün müsəlmanların bayramın bayramını təbrike dib: "Bayramınız mübarək. Bayram günlərində yaxınlarınıza baş çəkin. Həm də bu bayram günlərində yaxınlarınızın məzarlarını ziyarət edərək onları yad edin".

Səhər saatlarında Tbilisidə Cümə Məscidində qılınan bayram namazına yüzlərlə yerli vətəndaşla yanaşı Azərbaycan, Türkiyə və digər müsəlman ölkələrinin Gürcüstanda yerləşən vətəndaşları, iş adamları, tələbələr, ıictimaiyyət üzvləri və s qatılıb.

İzdiham səbəbiylə məsciddə yer tapa bilməyən müsəlmanlar bayram namazlarını məscidin qarşısındakı yolda yerə sərilən səccadələrin üzərində qılıblar.

Məlumat üçün bildirək ki, bir sıra müsəlman ölkələri ilə yanaşı Gürcüstandaki müsəlmanlar vətəndaşlarında bir hissəsi Qurban bayramını 20 iyul tarixində, bir hissəsi isə 21 iyul tarixində qeyd edir.

 

ŞƏRH YAZ
2