Rusiya SKANDAL AÇIQLAMA ilə Gürcüstana uçuşların nə vaxt bərpa ediləcəyini AÇIQLADI
22.07.2021 14:34
957
Siyasət
A
Rusiya SKANDAL AÇIQLAMA ilə Gürcüstana uçuşların nə vaxt bərpa ediləcəyini AÇIQLADI

"2019-cu ildə Rusiya hava yolları şirkətləri tərəfindən Rusiyadan Gürcüstana hava uçuşlarının qadağan edilməsi məcburi bir tədbir idi və müvəqqəti xarakter daşıyır, sanitariya və epidemioloji vəziyyət sabitləşdikdən sonra hava nəqliyyatını bərpa etmək mümkün olacaq".

Aktual.ge "RİAnovosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib. 

Onun sözlərinə görə, 2019-cu ildə Rusiyadan Gürcüstana uçuşlarla bağlı müvafiq qadağanın qoyulması "tanınmış" anti-Rusiya təxribatının səbəb olduğu məcburi bir tədbir idi.

"Gürcüstana uçuşlarla bağlı məhdudiyyətin müvəqqəti olduğuna əminik. Ümid edirik ki, Gürcüstan hakimiyyəti baş verənlərdən dərs aldı və koronavirus infeksiyasının yayılması ilə əlaqəli sanitariya və epidemioloji vəziyyətin sabitləşməsindən sonra uçuşları bərpa etmək məsələsinə qayıtmaq mümkün olacaq",-deyə A.Rudenko qeyd edib. 

Xatırladaq ki, Rusiya Gürcüstanla birbaşa uçuşları 2019-cu ilin iyulun 8-də dayandırıb.

 

ŞƏRH YAZ
4