DİN Marneulidə baş vermiş hadisə ilə əlaqədar bəyanat yayır
24.07.2021 11:34
514
Kriminal
A
DİN Marneulidə baş vermiş hadisə ilə əlaqədar bəyanat yayır

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis İdarəsinin Marneuli Rayon Şöbəsinin əməkdaşları keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində 1999-cu il təvəllüdlü O.M.-ni xuliqanlıq ittihamı ilə saxlayıb.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs Marneulinin Rustaveli küçəsində 2005-ci il təvəllüdlü A.A.-ya şifahi və fiziki güc tətbiq edib. Daha sonra həmin ərazidə olan A.A.-nın anası 1969-cu il təvəllüdlü S.A. ilə qarşıdurma yaşayıb.

Qarşıdurma zamanı təqsirləndirilən şəxs soyuq silahdan istifadə edərək S.K.-nın qolundan xəsarət yetirərək hadisə yerindən qaçıb.

Xəsarət alan qadın tibb müəssisəsində müvafiq müalicə alıb və sonra klinikadan çıxıb. Səhhətinin vəziyyəti qənaətbəxşdir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi saxlayıblar. Polis sübut olaraq cinayət silahı olan bıçağı götürüb.
Silahla törədilmiş xuliqanlıq faktı Gürcüstan Cinayət Məcəlləsinin 239-cu maddəsinin 3-cü hissəsi ilə araşdırılır.

ŞƏRH YAZ
0