Zəhra Ana Fondu Qurban bayramı münasibətilə ONLARLA ailəni sevindirdi
25.07.2021 00:23
269
Din
A
Zəhra Ana Fondu Qurban bayramı münasibətilə ONLARLA ailəni sevindirdi

Zəhra Ana Yardımlaşma Fondu toplanan yardımlar hesabına Qurban bayramı münasibətilə ümumilikdə 110 ehtiyaclı ailəyə qurbanlıq ət və bayram şirniyyatı hədiyyə edib.

Aktual.ge məlumat verir ki, xeyirsevər və yardımsevər insanlar tərəfindən fonda verilən 15 xırda buynuzlu qurbanlıq qoyunun əti, 50 kiloqram mal əti və alınan bayram şirniyyatı paytaxt Tbilisidə və müxtəlif ətraf bölgələrdə olan aztəminatlı ailələrə çatdırılıb.

“Zəhra Ana Fondu ehsan edənlərə və bu yolda zəhməti keçən hər bir kəsə dərin minnətdarlığını bildirir, Allahdan özləri və ailələri üçün cansağlığı və bol ruzi diləyir",-deyə verilən məlumatda deyilir.

 

ŞƏRH YAZ
0