Və qərar verildi - Bu silahların daşınması qadağandır...
25.07.2021 02:12
772
Kriminal
A
Və qərar verildi - Bu silahların daşınması qadağandır...

Gürcüstanda akustik silahlarının daşınması qadağan edildi.

Aktual.ge xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat Xidməti məlumat yayır ki, parlament 14 iyul tarixində müvafiq qanunvericilik dəyişikliklərini təsdiqləyib.

“Gürcüstan qanunvericiliyi Avropa Birliyi (AB) normalarına yaxınlaşdırıldı. AB direktivlərinə görə, akustik silahların istifadəsi yalnız teatr tamaşalarında, tarixi canlandırmalarda, paradlarda və idman tədbirlərində icazə verilir. Qanuna dəyişikliklər akustik silahların istifadəsini qadağan edir",-məlumatda bildirilir.

Nazirliyin yaydığı məlumata görə, bundan əvvəl Gürcüstan qanunvericiliyi akustik silahını qadağan etmirdi, yetkinlik yaşına çatmayanlar da daxil olmaqla hər hansı bir şəxs onu məhdudlaşdırmadan satın ala, saxlaya, üstündə gəzdirə və istifadə edə bilərdi.

"Daxili İşlər Nazirliyi açıq məlumatları analiz etdikdən sonra yeni qaydalara ehtiyac olduğunu düşündü. Bu silahların aşağı qiymətə olması, ölkəyə giriş rahatlığı və qanuni normaların olmaması səbəbindən akustik silahın istifadəsinin cinayətkar dairələrdə getdikcə daha populyarlaşdığını göstərir.

Bu cür silahların istifadəsi ilə bağlı "112" xidməti 2019-cu ildə 360-dan çox, 2020-ci ildə - 500, 2021-ci ilin əvvəlindən isə 150-dən çox mesaj alıb. Bundan sonra polis vətəndaşın akustik silahına əl qoya bilər və 500 lari cərimə edə bilər, bu hal əgər bir il içində təkrarlanarsa cərimə 1 000 olacaq",-DİN-in məlumatında deyilir.

ŞƏRH YAZ
1