Baş epidemioloq əhaliyə çağırış etdi - Toya getmək əvəzinə bunu edin...
27.07.2021 13:28
1126
Sağlamlıq
A
Baş epidemioloq əhaliyə çağırış etdi - Toya getmək əvəzinə bunu edin...

"Qaydaların tətbiqindən məmnun deyiləm və özüm də daxil olmaqla hər kəs bunun üçün məsuliyyət daşımalıdır".

Aktual.ge xəbər verir ki, bunu Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze deyib.

"Bu gün ölkədə fövqəladə vəziyyət elan edilməsini və ciddi "kilidlənməni" dəstəkləyirsiniz. Ancaq mən də daxil olmaqla hamımız bu tövsiyələrə əməl etsək, yəni toya getməsək, böyük bir ziyafət, universiteti və məzuniyyət məclislərini qeyd etməsək, minlərlə insanın toplaşdığı musiqi festivallarına, "Kustba" və "Lisi" gölünə getməsək ağır epidemioloji vəziyyət olmaz. Bu gün toya və ya başqa bir məclisə getmək əvəzinə peyvəndlənməyə üz tutaq", -A.Qamkrelidze əhaliyə çağırış edib. 

ŞƏRH YAZ
9