Kateqoriyalar
Gürcüstanda son sutkada koronavirusa 3 141 yeni yoluxma halı təsdiqlənib, 1 509 nəfər müalicə olunaraq sağalıb, 20 pasiyent vəfat edib.
Aktual.ge xəbər verir ki, bu barədə hökumətin xüsusi rəsmi saytında bildirilib.
Gürcüstanda indiyədək 410 830 nəfərə COVID-19 diaqnozu qoyulub. Onların 377 597-si sağalıb, 5 751-i ölüb.