İlk qızıl! - Laşa Bekauri Olimpiya çempionudur
28.07.2021 15:47
311
İdman
A
İlk qızıl! - Laşa Bekauri Olimpiya çempionudur

Gürcüstan idman nümayəndə heyəti Tokioda keçirilən Yay Olimpiya Oyunlarında ilk qızıl medalı qazanıb.

Aktual.ge xəbər verir ki, cüdo turnirində 90 kq çəki dərəcəsində mübarizə aparan 21 yaşlı Laşa Bekauri finalda almaniyalı Eduard Tripeli məğlub edərək Olimpiya çempionluğunu əldə edib.

Finaldan əvvəl Laşa yarımfinalda rusiyalı Mixail İqolnikovu, 1/4 finalda isə özbəkistanlı Dövlət Bobonovu məğlub edib. Bundan əvvəl L.Bekauri İsrail təmsilçisi Lee Koçman və polşalı Piotr Kuçeranı mübarizədən kənarlaşdırmışdı.

Hazırda Gürcüstan nümayəndə heyətinin Tokio 2020-də 1 qızıl və 2 gümüş olmaqla 3 medalı var. Hər iki gümüş cüdoçuların hesabınadır - Laşa Şavdatuaşili və Vaja Marqvelaşvili Olimpiya vitse-çempionu oldular.

ŞƏRH YAZ
1