Qorxunc açıqlama - Gürcüstan iki ssenariyə hazırlaşır
28.07.2021 15:59
1368
Sağlamlıq
A
Qorxunc açıqlama - Gürcüstan iki ssenariyə hazırlaşır

"Bu həftə epidemioloji vəziyyət cəhətdən həlledici dövr olacaq".

Aktual.ge xəbər verir ki, bunu Səhiyyə nazirinin müavini Tamar Qabunia deyib.

O, müxtəlif beynəlxalq institutların hesablamalarına görə iki ssenarinin olduğunu bildirib.

"Birinci ssenariyə görə, ölkə hazırda pik dövrdədir və yaxın günlərdə kovid indikatorunun azalmasını gözləyirik. İkinci versiya isə yüksəliş dövrüdür ki, hazırda başlamaqdadır", - deyə nazir müavini bildirib.

Onun sözlərinə görə, Səhiyyə Nazirliyi vəziyyəti daha yaxından müşahidə edərək idarə edir. Bu səbəbdən də daha çox qərarlar veriləcək.

ŞƏRH YAZ
12