Marneulidə avtomobil alışaraq KÜLƏ DÖNDÜ - FOTO
28.07.2021 21:57
1342
Hadisə
A
Marneulidə avtomobil alışaraq KÜLƏ DÖNDÜ - FOTO

Marneuli rayonunun Candar kəndinin girişində avtomobil qəfil alışaraq yanmağa başlayıb.

Aktual.ge məlumat verir ki, dizel mühərrikli "Opel Combo" markalı avtomobilin hansı səbəbdən alışaraq yanması hələki məlum olmasa da, ilk versiyalara görə, nəqliyyat vasitəsində müəyyən problemlər mövcud imiş.

Hadisə yerinə yanğın söndürmə briqadası gələn qədər isə avtomobil çox hissəsi yanmış vəziyyətdə imiş.

Yanaraq külə dönən avtomobil ilə bağlı hazırda hadisə yerində araşdırma aparılır.

ŞƏRH YAZ
11