Son dəqiqə! Tbilisi Hava Limanında həyacan siqnalı
29.07.2021 00:05
1455
Hadisə
A
Son dəqiqə! Tbilisi Hava Limanında həyacan siqnalı

Tbilisi Beynəlxalq Hava Limanındakı insanlar təxliyə edilməyə başlayıb.

Aktual.ge xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Tbilisi aeraportunda tərk edilmiş çanta tapılıb.

Bildirilib ki, hazırda hadisə yerində minaaxtaranlar işləyir, lakin heç bir şübhəli əşya tapılmayıb.

"Tbilisi Beynəlxalq Hava Limanının ərazisində bir çanta tapıldı. Təhlükəsizlik üçün hava limanını işçiləri təxliyə edilir. Minaaxtaranlar hadisə  yerinə cəlb olunub. Araşdırma zamanı heç bir şübhəli əşya tapılmayıb. Hazırda Tbilisi Beynəlxalq Hava Limanı hər zamanki kimi fəaliyyət göstərir", - məlumatda deyilir.

ŞƏRH YAZ
5