Tokio-2020: Gürcüstanlı idmançılar qaydalara əməl etmədi
30.07.2021 10:49
165
İdman
A
Tokio-2020: Gürcüstanlı idmançılar qaydalara əməl etmədi

Tokio-2020 Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış gürcüstanlı cüdoçular Vaja Marqvelaşvili (66 kq) və Laşa Şavdatuaşvili (73 kq) karantin qaydalarını pozub.

Aktual.ge Report-a istinadən xəbər verir ki, iki idmançı Olimpiya Kəndini tərk edərək Yaponiya paytaxtının əsas görməli yerlərindən birinə - Tokio qülləsinə gedib.

Onların rəsmi olimpiya formasında fotoları sosial şəbəkələrdə yayılıb. Gürcüstan millisinin ümumilikdə 5 nümayəndəsi həmin ərazidə olub.

Tokio-2020-nin Təşkilat Komitəsi bu gün keçirilmiş brifinqdə məsələ ilə bağlı şərh verməkdən imtina edib. Təşkilat idmançıların və ya digər iştirakçıların qaydaları pozması ilə bağlı hadisənin diqqətlə öyrənildiyini və araşdırıldığını bildirib. Yoxlamaların bütün nəticələri haqqında məlumatın veriləcəyi diqqətə çatdırılıb.

Qeyd edək ki, olimpiada avqustun 8-də başa çatacaq. Qaydalara əsasən, idmançılar Olimpiya Kəndini yalnız yarışla bağlı tərk edə bilərlər.

ŞƏRH YAZ
0