Türkiyədə dəhşətli yanğında neçə tikili zərər görüb?
30.07.2021 18:35
305
Dünya
A
Türkiyədə dəhşətli yanğında neçə tikili zərər görüb?

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli, ətraf mühit və şəhərsalma naziri Murat Kurum və nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu ölkənin müxtəlif bölgələrində baş verən yanğınlarla bağlı birgə açıqlama veriblər.

Aktual.gr xəbər verir ki, açıqlamada hazırda davam edən yanğınların söndürülməsi istiqamətində ciddi irəliləyişlərin olduğu bildirilib.

Qeyd olunub ki, ölkəni əhatə edən yanğınların baş vermə səbəbləri araşdırılır. Hələ ki, yanğınların qəsdən törədilməsi ilə bağlı dəqiq bir məlumat yoxdur. Keçən il Türkiyədə üç min yanğın faktı qeydə alınıb ki, bu yanğınlar nəticəsində 20 min hektar ərazi məhv olub. Hazırda havada neçə vasitənin söndürmə işlərində iştirak etdiyi deyil, nə qədər suyun səpildiyi daha vacibdir. Bunun üçün bütün imkanlar səfərbər olunub. Üç təyyarə, doqquz İnsansız Hava Vasitəsi (İHA), insansız helikopter, bir su tankı, 38 helikopter, 680 yanğınsöndürmə maşını, 55 iş maşını və 4 min nəfərlik heyətlə yanğının söndürülməsi işləri davam edir.

İlkin araşdırmalara əsasən, baş verən yanğınlar nəticəsində Antalyada bu vaxtadək 2300 tikili zərər görüb. Araşdırmalar davam edir.

Xatırladaq ki, indiyədək 57 bölgədə yanğın nəzarət altına alınıb, dörd nəfər həlak olub.

ŞƏRH YAZ
3