Müfti:
30.07.2021 19:01
229
Hadisə
A
Müfti: "Türkiyədə baş verən meşə yanğınlarından dolayı dərin kədərimizi ifadə edirik"

"Qardaş Türkiyə Cümhuriyyətində baş verən meşə yanğınlarının törətdiyi faciəyə görə dərin kədərimizi ifadə edirik".

Aktual.ge xəbər verir ki, bunu Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) şərqi-Gürcüstan müftisi Etibar Eminov özünün "Facebook" hesabında yazıb.

Müfti Türkiyədə son günlər baş verən və hələ də, davam edən yanğınlardan narahatlıq hissi keçirdiyini ifadə edib.

"Təəssüf ki, ölən və yaralananlar var, meşə heyvanları məhv olub, evlər yanıb, qurbanlar var, onlara səbr və dözüm diləyirik. Uca Allahdan bəşəriyyəti bu cür təbii fəlakətlərdən qorumasını niyaz edirik. Amin",-deyə o, qeyd edib.

Məlumat üçün bildirək ki, Türkiyədə günlərdir meşə yanğınları davam edir.

ŞƏRH YAZ
3