Mustafayevdən SKANDAL AÇIQLAMA:
30.07.2021 21:00
1296
Siyasət
A
Mustafayevdən SKANDAL AÇIQLAMA: "Qapımız başqa partiyadan qovulanlar üçün açıqdır"

"Bizim partiya - "Vahid Milli Hərəkat"ın qapısı hər zaman bütün Gürcüstan vətəndaşları, o cümlədən başqa partiyadan qovulanlar, partiyalarını tərk edənələr üçündə açıqdır, onlar bizə qoşula bilər, amma bu o demək deyil ki, biz onları qəbul ediriksə kimlərləsə də əvəzləyəcik".

Bunu Aktual.ge xəbər portalına müxalif "Vahid Milli Hərəkat" partiyasının Marneuli qərargahının sədri Aqil Mustafayev 30 iyul sözügedən siyasi birliyə hakim "Gürcü Arzusu"nun sıralarını tərk etmiş Ayaz Məmmədov və Rəfi Orucov barəsində verdiyi açıqlamada söyləyib.

O deyib ki, bizim Marneuli qərargahımızda, hətta partiyalarından ayrılıb bizə qoşulanlar və vaxtı ilə bizimlə qarşı-qarşıya siyasi mübarizə aparan insanlar mövcuddur. Biz insanları heç bir vaxt kiminsə ayağına verib dəyişmirik.

Aqil Mustafayev, Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət nazirinin Kvemo Kartli bölgəsi üzrə müşaviri vəzifəsini tərk edərək ana müxalifətə qoşulan Ayaz Məmmədovun Marneuli merliyi ilə bağlı yayılan iddiaları yalanlayıb.

" "Vahid Milli Hərəkat" partiyasının dəyəri bundan ibarətdir ki, biz hər zaman öz partiyamızın, içində olan insanları, başqalarına görə dəyişməmişik. Onların dəyərini hər zaman bilirik və bilməktəyik. Qaldı ki, merliklə baglı namizəd məsələsinə, ümumiyyətlə bu məsələ ətrafında söhbət ola bilməz, çünki Marneuli mer namizədi ilə bağlı əsas qərarı Marneuli rayon qərargahı verib müəyyənləşdirir və artıq namizədlik ilə əlaqədar bizim qərarımız qəbul edilib. Namizədimiz 1 avqust ictimaiyyətə və cəmiyyətə təqdim olunacaqdır - Namizədin kimliyi. Bunu da qeyd edim ki, başqa partiyadan, o cümlədən "Gürcü Arzusu"nu tərk edən və bu gün "Vahid Milli Hərəkat"a qoşulanların öz rayonumuzu nəzərdə tuturam, Marneuli merliyinə namizədliyi ilə bağlı heç bir əlaqələri yoxdur",-deyə qərargah sədri vurğulayıb. 

Xatırladaq ki, hakim partiya sıralarını tərk edən Ayaz Məmmədov və Rəfi Orucov bu gün müxalif "Vahid Milli Hərəkat"a qoşulub. 

ŞƏRH YAZ
4