Qaxaria:
31.07.2021 00:59
768
Siyasət
A
Qaxaria: "Saakaşvili Gürcüstana gəlsə amnistiyaya düşə bilər"

"Keçmiş prezident Mixail Saakaşvili Gürcüstana gəlsə, Nika Melia və Giorgi Rurua kimi amnistiyaya düşə bilər".

Aktual.ge xəbər verir ki, bunu "Gürcüstan naminə" partiyasının lideri Giorgi Qaxaria jurnalistlərə müsahibəsində deyib. 

"Əgər Mişa Gürcüstana gəlsə, birincisi, hakim partiyaya kömək etmiş olacaq, ikincisi isə məhkum ediləcək və həbs olunacaq. Anlayıram ki, "Gürcü Arzusu" onu əfv edə bilər və ya barəsində əfv elan edə bilər eclə də, Saakaşvili Melia və Ruruanın sərbəst buraxıldığı kimi azad edilə bilər, amma bütün bunlar indi baş verən xaosda olmasına baxmayaraq mənim üçün gülməlidir",-deyə o, qeyd edib.

Xatırladaq ki, Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili bu ilki seçkilərdən əvvəl Gürcüstana qayidacağını bildirib. 

 

ŞƏRH YAZ
1