Marneulinin altını-üstünə çevirən
31.07.2021 11:23
812
Siyasət
A
Marneulinin altını-üstünə çevirən "Akelik Group"un fəaliyyəti ləğv edildi

Birləşmiş Su Təchizatı Şirkətinin nümayəndələri Marneulidə davam edən kanalizasiya və su təchizatı layihəsi ilə bağlı mövcud vəziyyəti dəyərləndirib.

Aktual.ge məlumat verir ki, Marneuli Meriyasının yaydığı məlumata görə, Su Təchizatı Şirkətinin direktoru Aleksandr Tevdoradze, Marneuli və Qardabaninin majoritar deputatı Zaur Darğallı, Marneuli merinin səlahiyyətlərini icra edən Zaur Tabatadze və merin müavini Roin Dekanoidze ilə birlikdə şirkət tərəfindən Marneulidə görülən işləri nəzərdən keçiriblər.

Meriyanın məlumatında bildirilir ki, Su Təchizatı şirkəti Marneuli və Bolnisi şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin tikintisi ilə bağlı müqavilədə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsi səbəbindən inşaat şirkəti "Akelik Group" ilə müqavilənin ləğvi prosedurlarına başlayır və yaxın gələcəkdə yeni tender elan ediləcək.

Qeyd olunub ki, hazırki mərhələdə, görülən işlərin əhali üçün təhlükə yaradan hissəsi Gürcüstanın Birləşmiş Su Təchizatı Şirkəti tərəfindən tamamlanacaqdır.

Məlumat üçün bildirək ki, "Akelik Group"un işçiləri dəfələrlə şirkətin Marneulidəki ofisi qarşısında və Marneuli meriyasının qarşısında etiraz aksiyaları keçirib ki, maaşlarımı vermirlər. 

ŞƏRH YAZ
1