Türkiyədə meşə yanğınlarının baş verdiyi rayonlar təbii fəlakət bölgəsi elan edilib
31.07.2021 12:49
203
Dünya
A
Türkiyədə meşə yanğınlarının baş verdiyi rayonlar təbii fəlakət bölgəsi elan edilib

Türkiyədə meşə yanğınlarının baş verdiyi rayonlar təbii fəlakət bölgəsi elan edilib.

Aktual.ge xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, Antalyanın Manavgat, Akseki, Alanya, Gündoğmuş və Qazipaşa rayonları, Muğlanın Marmaris, Bodrum, Milas, Göyçegiz və Seydikəmər rayonları, Mersinin Aydıncık və Silifke rayonları, Osmaniyyənin Mərkəz və Kadirli rayonları, Adananın isə Aladağ, İmamoğlu, Karaisalı, Kozan rayonları təbii fəlakət bölgələri elan olunub.

“Meşə yanğınlarının təsirinə məruz qalan bölgələrimizi təbii fəlakət bölgəsi elan etdik. Millətimizə dəyən zərərin aradan qaldırılması və onların durumunun əvvəlkindən yaxşı olması üçün lazım olan bütün addımları atacağıq”, - R.T.Ərdoğan vurğulayıb.

ŞƏRH YAZ
1