Baş nazir:
31.07.2021 19:12
672
Siyasət
A
Baş nazir: "Gürcüstan Türkiyəyə hər cür kömək göstərməyə hazırdır"

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Türkiyənin cənub bölgələrində baş verən yanğınlar nəticəsində ölən və zərər çəkənlərə görə Türk xalqına başsağlığı verir.

Bu barədə Hökumət Administrasiyasının Mətbuat xidmətindən Aktual.ge xəbər portalına verilən məlumatda deyilir.

Hökumət başçısının sözlərinə görə, Gürcüstan hökuməti qonşu Türkiyəyə hər cür yardım göstərməyə hazırdır.

“Türkiyənin cənub bölgələrində strateji tərəfdaş olan cənub ölkəmizdə genişmiqyaslı meşə yanğınları xəbərlərini izləyirik. Yanğın qurbanlarına və türk xalqına dəyən ziyana görə dostumuz Türkiyəyə başsağlığı verirəm. Gürcüstan bu çətin anda Türkiyə hökuməti və xalqı ilə həmrəy olduğunu bildirir. Gürcüstan hökuməti adından qonşu Türkiyəyə hər cür kömək göstərməyə hazıram",-deyə İ.Qaribaşvili bildirib.

Məlumat üçün bildirək ki, Türkiyədə bir neçə gündür şiddətli meşə yanğınları davam edir. 

ŞƏRH YAZ
5