Avstraliyalı qadın Tbilisidə ölü tapıldı
31.07.2021 20:46
1734
Kriminal
A
Avstraliyalı qadın Tbilisidə ölü tapıldı

Paytaxt Tbilisinin Mtatsminda parkında yoxa çıxan avstraliyalı qadın Şana Brook ölü tapılıb.

Aktual.ge yerli mətbuata istinadən xəbər verir ki, onun ölüm səbəbi hələlik məlum deyil.

Mövcud məlumatlara görə, 31 yaşındakı avstraliyalı qadın, Mtatsmindaya dostu tərəfindən təlim üçün çağırılıb.

Bir neçə saatlıq axtarışdan sonra sözügedən parkda onun cəsədi tapılıb.

Faktla bağlı Daxili İşlər Nazirliyi intensiv araşdırma aparır. 

ŞƏRH YAZ
5