DİN Mtatsminda da ölü tapılan qadınla bağlı açıqlama yayır
01.08.2021 00:45
389
Kriminal
A
DİN Mtatsminda da ölü tapılan qadınla bağlı açıqlama yayır

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları bir neçə saat davam edən intensiv axtarış və araşdırmalar nəticəsində Mtatsminda yamacında ölən bir qadının meyitini tapıb.

Aktual.ge xəbər verir ki, bu barədə DİN məlumat yayır.

Məlumatda deyilir:

"Xarici ölkə vətəndaşı bu il iyulun 30-da itkin düşüb. Daxili İşlər Nazirliyinin əməkdaşları bildirişi aldıqdan sonra Mtatsminda yamacında axtarış tədbirlərinə başlayıb. Axtarışa Kriminal Polis, Fövqəladə Hallar İdarəsi və Xüsusi Tapşırıqlar Departamentinin əməkdaşları cəlb edilib. Axtarış işlərinə Ekspert Məhkəmə Ekspertizası İdarəsinin Kinoloji Xidməti də səfərbər edilib".

Bildirilib ki, araşdırma davam edir.

Məlumat üçün bildirək ki, yerli mətbuatda yayılanlara görə, Tbilisinin Mtasminda yamacında yoxa çıxan avstraliyalı qadın Şana Brook ölü tapılıb.

ŞƏRH YAZ
3