Prezident Administrasiyasında planlaşdırılan proqramlar ləğv edildi - SƏBƏB ?
10.08.2021 00:45
346
Siyasət
A
Prezident Administrasiyasında planlaşdırılan proqramlar ləğv edildi - SƏBƏB ?

Gürcüstan Dövlət başçısı Salome Zurabişvili ölkədə pisləşən epidemioloji vəziyyətə görə Prezident Administrasiyasında bir sıra tədbirləri ləğv edib.

Aktual.ge xəbər verir ki, Prezident Administrasiyasının yaydığı açıqlamada deyilir:

"Epidemioloji vəziyyətin pisləşməsi səbəbindən Gürcüstan Prezidenti geniş miqyaslı tədbirlərdə iştirak etməyəcək və Prezident Administrasiyasında planlaşdırılan bütün genişmiqyaslı görüşlər ləğv edilir. Eyni zamanda, Gürcüstan Prezident Administrasiyasında gürcü olimpiadalıların qəbulu da ləğv edildi.

Prezident hər kəsi bir-birlərinə qayğı göstərməyə, kovid qaydalarına, epidemioloqların tövsiyələrinə riayət etməyə və vaksinasiya olunmağa çağırır".

ŞƏRH YAZ
3