Azərbaycanlı futbolçu Gürcüstan yığmasında
30.08.2021 00:39
1226
İdman
A
Azərbaycanlı futbolçu Gürcüstan yığmasında

Azərbaycanlı futbolçu Amin Qarayev Gürcüstan millisində oynamağa qərar verib.

Aktual.ge xəbər verir ki, bu haqda Azərbaycan mətbuatı məlumat yayıb.

Belə ki, gənc futbolçu artıq Gürcüstanın 17 yaşadək futbolçulardan ibarət millisinə debüt edib. Gürcüstan U-17-sinin heyətində yer alan Amin "Bannikov Cup" çərçivəsində Özbəkistanla keçirlən matça çıxıb. Futbolçu debüt matçında iki qol ötürməsi verib. Oyun Gürcüstan komandasının 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, əvvəllər "Qarabağ"ın akademiyasında futbolun sirrlərini öyrənən Amin Qarayev iki ildir Tiflis "Dinamo"sunda çıxış edir.

ŞƏRH YAZ
1