Kristiano Ronaldo “Yuventus” azarkeşləri ilə vidalaşıb
31.08.2021 12:06
280
İdman
A
Kristiano Ronaldo “Yuventus” azarkeşləri ilə vidalaşıb

“Bu gün mən möhtəşəm klubu tərk edirəm. İtaliyada ən böyük, Avropada ən böyüklərdən birini”.

Aktual.ge xəbər verir ki, bunu Kristiano Ronaldo deyib.

O, Turin təmsilçisinin azarkeşlərinə vida məktubunu instaqram səhifəsində paylaşıb:
“Həmişə “Yuventus”dakı hər oyunda canımı qoymuşam. Turinə əbədi vurulmuşam. Tiffozi həmişə mənə hörmət edib. Çalışmışam onlara meydanda döyüşməklə təşəkkür edim. Biz gözəl tarix yazdıq. Həmişə sizlərdən biri olaraq qalacağam. Siz mənim tariximin bir parçası oldunuz, mən də sizin. İtaliya, “Yuve”, Turin, tiffozi, byankoneri, siz həmişə ürəyimdə qalacaqsınız”.

ŞƏRH YAZ
0