Telefon danışıqlarımız dinlənirmiş, Quşçu qalası, Nərimanov hadisələri... – Məhəmmədəli
14.09.2021 11:48
1157
Siyasət
A
Telefon danışıqlarımız dinlənirmiş, Quşçu qalası, Nərimanov hadisələri... – Məhəmmədəli

"Seçki qabağı komporomatlar, bir birinə şantaj etmək kimi məsələlər yenə də gündəmdədir. Ötən gün xüsusi bir portala Dövlət Təhlükəsizlik Xidmətindən sızmış fayıllar, müəyyən foto, audio-video, xüsusən keşişlərin telefon danışıqları, mesajlaşmaları sızıb. Bu sızmış olan fayıllarda keşişlər kimlərlə əlaqədədir, Moskva ilə nə əlaqələri var və s. Ayrıca bunuda qeyd edim ki, media rəhbərləri, ictimai fəallar və jurnalistlərində səs yazmaları sızıb. O cümlədən, bu fayılların arasında mənimdə mesajlarım əks olunub. Ötən gün biz araşdırırdıq ki, "Mtavari Arxi" olaraq bizdən kimlərin səs yazılarını dinləyirlərmiş elə məlum olduki aralarında məndə varam".

Bu barədə Aktual.ge xəbər portlaına "Mtavari Arxi" telekanalının jurnalisti Ceyhun Məhəmmədəli məlumat verib.

O, Marneulidəki Quşçu qalası və Nəriman Nərimanov büstü ətrafında cərəyan edən məsələlərə diqqət çəkərək, bu hadisələr fonunda produseri ilə arasında olan danışıqların DTX tərəfindən dinlənildiyini iddia edib.

"Mən produserimlə necə danışıram, hansı məsələni müzakirə edirəm, produserimə nə məluamat verirəm, xüsusəndə Quşçu qalası ətrafında baş verən hadisələrlə əlaqədar bütün səs yazılarım qeydə alınıb. Mən Quşçu qalasındaki xaç məsələsi ilə əlaqədar televiziyamızın produserinə zəng edib nə məlumat verirəm, bundan əlavə produserin mənə verdiyi tapşırıqlar və s, hamsı dinlənirmiş. Həmçinin Nəriman Nərimanov ilə əlaqədar cərəyan edən proseslərin hamsı dinlənilib",-deyə jurnalist söyləyib.

C.Məhəmmədəli sözlərinə belə davam edib:

"Az əvvəldə dediyim kimi, bütün bunların hamsı DTX tərəfindən dinlənirmiş və indi isə xüsusi bir portala sızıbdır, ancaq hazırda həmin portal bağlanıb. İnternetə sızan bu fayıllarda xüsusən tanınmış insanların və xüsusi ilə də kilsə nümayəndələrinin, kimin-kiminlə nə əlaqəsi var, sosial şəbəkədə kim-kiminlə əlaqə qurur bütün bu gizlin fayıllar DTX-dan internetə sızıb. Bu isə o anlama gəlir ki, DTX bütün məşhur insanları, fəalları izləyir, onların səs yazılarını, intim videoları, intim fotolarını izləyir və onları gizlində saxlayırmış... "Mtavari Arxi" olaraq bizə belə bir eksklüziv məlumat daxil oldu ki, bu materiyalları DTX-dan sızdırmış, keçmiş DTX-nın yüksək vəzifəli məmuru 2 ay bundan əvvəl özünü öldürüb.

2012-ci ildə biz bu izləmələrə, dinləmələrə son qoyulduğunu düşündürdük, ancaq görürük bu məsələ daha da inkişaf edibdir. Yenə insanları dinləyirlər və gərəkdiyində şəxsi həyatı ilə şantaj edirlər".  

ŞƏRH YAZ
11