Baş nazir DTX-dan sızdırıldığı iddia edilən gizli fayılları təxribat adlandırdı
14.09.2021 12:38
334
Siyasət
A
Baş nazir DTX-dan sızdırıldığı iddia edilən gizli fayılları təxribat adlandırdı

Baş nazir İrakli Qaribaşvili DTX-dan sızdırıldığı iddia edilən gizli fayılları "Vahid Milli Hərəkat"ın hazırladığı təxribat adlandırıb.

Aktual.ge xəbər verir ki, hökumət başçısının fikrincə, sabiq prezident Mixail Saakaşvili və onun şər qüvvəsinin əsas vəzifəsi dövlət qurumlarını gözdən salmaqdır.

"Bu, dövlətimizə, kilsəmizə, keşişlərimizə, kahinlərə, bütövlükdə kilsəyə, ən nüfuzlu qurum olan DTX-ya növbəti çirkli təxribatdır. 'Milli Hərəkat'ın və zülmkar, pis qüvvə olan Saakaşvilinin əsas məqsədi və vəzifəsi kilsə, patriarxımız, keşişlərimiz və ümumiyyətlə ruhaniləri gözdən salmaqdır. Əlavə olaraq, əsas və vacib dövlət qurumlarından biri olan DTX-ya qarşı nə cür hücum edildiyini, nə cür çirkli təxribat hazırladıqlarını gördük. Onlar orduya, polisə, məhkəməyə qarşı daimi mübarizə aparırlar",-deyə Baş nazir vurğulayıb.

Məlumat üçün bildirək ki, yerli mətbuatda yayılan bir sıra iddialara görə, DTX jurnalistləri və din xadimlərinin dinləyirmiş. İddia olunur ki, həmin fayıllar DTX-dan internetə sızdırılıb.

ŞƏRH YAZ
14