TƏCİLİ XƏBƏR - DTX açıqlama yayır
14.09.2021 17:42
596
Siyasət
A
TƏCİLİ XƏBƏR - DTX açıqlama yayır

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) telefon danışıqlarının dinlənməsi ilə bağlı internetdə yayılan iddialı materiallar ilə bağlı açıqlama yayıb.

Aktual.ge DTX-nın açıqlamasını olduğu kimi təqdim edir:

"İctimai marağın yüksək olması səbəbindən son günlər medianın yaydığı məlumatlara cavab vermək istərdik.

Bildiyiniz kimi, Gürcüstan Prokurorluğu Gürcüstan Cinayət Məcəlləsinin 158-ci maddəsinin 1 və 2-ci hissələri ilə şəxsi ünsiyyətin məxfiliyinin pozulması ilə bağlı istintaqa başlayıb. Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti istintaqın bütün mərhələlərində Gürcüstan Prokurorluğu ilə sıx əməkdaşlıq etməyə hazırdır. Bütün suallara cavab vermək üçün və hərtərəfli araşdırma aparmaq Xidmətin obyektiv maraqlarıdır.

Eyni zamanda, Dövlət Təhlükəsizliyi Xidməti mətbuatı və siyasi maraqlı tərəfləri istintaq başa çatana qədər qeyri-dəqiq və yoxlanılmamış məlumatlar yaymaqdan çəkinməyə çağırır.

Təhlükəsizlik işçilərinin və bütövlükdə xidmətin şərəf və ləyaqəti hüquq-mühafizə orqanlarına olan inamı sarsıdır və dövlət təhlükəsizlik sisteminə ciddi ziyan vurur".

ŞƏRH YAZ
6