Marneulidə qız qaçırılması zamanı dəhşət: 1 ölü, 2 yaralı
14.09.2021 20:52
2334
Kriminal
A
Marneulidə qız qaçırılması zamanı dəhşət: 1 ölü, 2 yaralı

Marneulinin Alqet kəndində evlənmək məqsədi ilə qız qaçırılması zamanı bədbəxt hadisə baş verib.

Aktual.ge-nin əldə etdiyi məlumata görə, axşam saatlarında anası ilə birgə evə gələn 22 yaşlı qızı qaçırmaq üçün bir neçə nəfər hərəkətə keçib. Daha sonra sürətlə hərəkət edən avtomobil qızın nənəsini çırpılıb yaşlı qadın yerindəcə keçinib. Bundan əlavə hadisə zamanı qızın anası və qonşudan da bir nəfər xəsarət alıb.

Məlumata görə, bir neçə avtomobil bu prosesdə iştirak edib. Polis qızı qaçıranlardan bir neçəsini artıq gözaltına alıb.

ŞƏRH YAZ
15