Davit Şerazadişvili Bolnisidə seçicilərlə qapı-qapı görüş keçirib
15.09.2021 11:04
139
Siyasət
A
Davit Şerazadişvili Bolnisidə seçicilərlə qapı-qapı görüş keçirib

Hakim "Gürcü Arzusu"nun Bolnisi merliyinə namizədi Davit Şerazadişvili, Bələdiyyə Məclisinə majoritar namizəd Giorgi Mirianaşvili ilə birlikdə Bolnisidə bir neçə küçənin sakinləri ilə qapı-qapı görüşü keçirib.

Aktual.ge məlumat verir ki, Bələdiyyə Məclisinə namizədlər görüşlərdə həyata keçirilən layihələr və gələcək planlar barədə əhali ilə fərdi şəkildə söhbət ediblər.

"Burada yaşayan insanların hər biri ilə çox maraqlı və müsbət bir söhbət etdik, onlar bizdən mehribanlıq və dəstək hiss edirlər. Biz də öz növbəmizdə bu insanların etimadını doğrultmaq üçün hər şeyi edəcəyik",-deyib D.Şerazadişvili.

ŞƏRH YAZ
13