Gürcüstanda azərbaycanlılar arasında təbii artım azalıb - STATİSTİKA
15.09.2021 11:57
360
Maraqlı
A
Gürcüstanda azərbaycanlılar arasında təbii artım azalıb - STATİSTİKA

Bu ilin birinci yarısında Gürcüstanda azərbaycanlıların sıx yaşadıqları Kvemo Kartli bölgəsində təbii artım 195 nəfər təşkil edib.

Aktual.ge Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

Sənədə əsasən, illik müqayisədə təbii artım 262 nəfər azalıb.

Yanvar-iyunda regionda 1 224 nikah, 425 boşanma faktı qeydə alınıb. Nikahların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 542, boşanmaların sayı isə 271 hal artıb.

Hesabat dövründə Gürcüstan üzrə təbii artım illik müqayisədə 2 676 nəfər azalaraq 3 982 nəfər olub. Müsbət təbii artım Kvemo Kartli bölgəsi ilə yanaşı Acarıstanda da qeydə alınıb.

ŞƏRH YAZ
10