Geostat:
15.09.2021 12:03
181
İqtisadiyyat
A
Geostat: "Avqust ayında Gürcüstanda yaşayış minimumu əmək qabiliyyətli kişilər üçün 221,1 lari təşkil edib"

"2021 -ci ilin avqust ayında iyul ayına nisbətən Gürcüstanda yaşayış minimumu artıb".

Aktual.ge xəbər verir ki, bu barədə məlumat Milli Statistika İdarəsi tərəfindən yayılıb.

Məlumata əsasən, 2021-ci ilin iyul ayında əmək qabiliyyətli kişilərin yaşayış minimumu 218,3 lari ikən, avqust ayında bu rəqəm 2 lari 80 tetri artaraq 221,1 lari təşkil edib.

Bununla yanaşı, Geostatın məlumatında bildirilib ki, mart ayı ilə müqayisədə, orta istehlakçının yaşayış minimumu avqust ayında 2 lari 4 tetri artaraq 195.8 lari təşkil etmişdir.

Milli Statistika İdarəsi minimum ərzaq səbətinə əsasən yaşayış minimumu təyin edir.
Minimum ərzaq səbəti, əmək qabiliyyətli insanın normal həyatı və iş qabiliyyəti üçün fizioloji olaraq lazım olan qida miqdarını ehtiva edir.

Gündəlik ərzaq səbəti çörək, dənli bitkilər, ət, süd məhsulları, tərəvəz və qənnadı məmulatları olmaqla 40 məhsuldan ibarətdir.

ŞƏRH YAZ
4