Samirə Bayramova son günlərdə Gürcüstan gündəminin altını-üstünə çevirən iddialardan danışdı
15.09.2021 13:34
1350
Siyasət
A
Samirə Bayramova son günlərdə Gürcüstan gündəminin altını-üstünə çevirən iddialardan danışdı

"Çox əfsuslar olsun ki, bu gün Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti, dövlətin əsas gücü olan bir sistem tamami ilə demək olar ki mühafizəsiz qalıb. Orada olan sənədlər, konfidensial məsələlər artıq şüphəlidir və insanların qanunla olan hüquqları belə pozulur. Ümumiyətlə ikinci bir məsələ ondan ibarətdir ki, həm keçmiş hakimiyyətlərin dövründə, həm də mövcud hakimiyyət dövründə kimi hallar baş verib və davam edir. Demək olar ki, mövcud hakimiyyətdə qeyri-qanuni dinləmələr, insanları təqib etmələr, şəkillərini çəkmək, onların şəxsi danışıqlarının dinlənməsi ilə keçmiş hakimiyyətlərin təlimini həyata keçirir".

Aktual.ge xəbər verir ki, bu fikirləri ictimai fəal Samirə Bayramova son günlərdə baş verən müvafiq hadisə ilə əlaqədar müsahibəsində söyləyib.

"Toplanılan bu məlumatlar əsasında, insanları şantaj etmək kimi məsələlər ümumiyyətlə uzun müddətdir ki, ictimai fəalları, qeyri-hökumət təşkilatlarını və müəyyən araşdırmacı təşkilatları həmişə DTX-nı bu təqibindən, şantajıdan həmçinin dinləmələrindən dəfələrlə yaziblar, dəfələrlə bu məsələ qeyd olunub, bu yeni bir məsələ deyil. Sadəcə olaraq hal-hazırda bir fakt yayıldı ki, bəlı, belə bir hadisə baş verib, ümumiyyətlə çox təəssüfləndirici bir haldır ki, bu gün DTX-nın məlumatları yayılır. Ümumiyyətlə regionumuz üçün xüsusi əhəmiyyət daşiyan sənədlər, təhlükəsizlik məsələləri. Bunlar bu gün həqiqətən təhlükə altındadır. Biz görürük ki, hər gün ölkəmiz hissə-hissə parçalanmaq və dağılmaq ərəfəsindədir",-deyən S.Bayramova əlavə edib: 

"Qaldı ki, müsəlman din xadimlərinin bu hadisələrdə iştirakımı deyim, rolumu deyim, yoxsa onlara qarşı təqiblərmı. Təbi ki, tamami ilə gözləniləndir və uzun müddətdir bununla bağlı elə cəmiyyət tərəfindən böyük tənqidlər var. Müsəlman din xadimlərinin DTX tərəfindən idarə edilməsi, qerarların onlar tərəfindən verilməsi, ümumiyyətlə bu hadisələr artiq o qədər adiləşib ki... DTX insanları necə idarə edir, onlar necə vəzifəyə təyin olunurlar, necə sıxışıdırılırlar, hansı yollarnan vəzifəyə gəlirlər və vəzifədə olduqları zaman necə məcburi şəkildə davranırlar, bunlar təbii ki, hamsı oradan gələn məsələdir.

Təəssüflər olsun ki, Gürcüstan dövlətciliyni 4-5 nəfərlik bir kamanda idarə edir, hansı ki, nə qanun qayda var, nə prinsip var, nə də hər hansı bir mərhələ qorunur, tamami ilə gobud və bərbad şəkildə insanların hüquqları pozulur, dövlət maraqları tamami ilə ayaq altına altılıb, dövlətin milli maraqları haqqında ümumiyyətlə danişmağın yeri yoxdu eyni zamanda bilirik ki, regionda ciddi şəkildə problemlər var və bunların hamısına göz yumulur və bunlar doğurdanda çox təəssüf edici bir məsələdir. Mən deyərdim ki, səhv etmirsəmsə 2020-ci ildə DTX özünün hesabatında qeyd etmişdi ki, Rusiya yönümlü yəni, kilsələr nəzərdə tutulur, zatən onlar öz araşdırmalarında sətir altı qeyd etmişdilər və kimləridə nəzərdə tuttuqlarıda bəlli idi. Tam olaraq yadımda deyil, ancaq orada belə bir cümlə var idi ki, müəyyən qurumlar, müəyyən qruplar, Rusiya kəşfiyyatı tərəfindən idarə olunur, təsir olunur, təzyiqlər olunur və artıq bizim üçün bu tam aydın şəkildə bəlli oldu ki, DTX sətir altı, bunu kimə ünvanlayırdı və bu təhlükəsizlik məsələsı haradan irəli gəlirdi və heç kim üçün artıq sir deyil ki, bu gün Gürcüstan kilsəsi rusiya terəfindən idarə olunur. Bunu da qeyd edim ki, bu son günlərdə yayılan məlumatlar hələ də rəsmi olaraq, tam dəqiqliyi ilə təsdiq olunmayıb, fəqət çox böyük iddialar vardır və proseslər reallığı əks etdirir".

Məlumat üçün bildirək ki, yerli mətbuatda yayılan bir sıra iddialara görə, DTX jurnalistləri və din xadimlərinin dinləyirmiş. İddia olunur ki, həmin fayıllar DTX-dan internetə sızdırılıb. Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti isə ötən gün etdiyi açıqlamada qeyd edib ki, istintaqın bütün mərhələlərində Gürcüstan Prokurorluğu ilə sıx əməkdaşlıq etməyə hazırdır. Bütün suallara cavab vermək üçün və hərtərəfli araşdırma aparmaq Xidmətin obyektiv maraqlarıdır.

ŞƏRH YAZ
2