Baş nazir gizli fayıllarla bağlı danışdı və Qaxarianın komdansındaki bu şəxsə işarə etdi...
15.09.2021 14:25
438
Siyasət
A
Baş nazir gizli fayıllarla bağlı danışdı və Qaxarianın komdansındaki bu şəxsə işarə etdi...

"Bu, dağıdıcı müxalifətin və Saakaşvilinin birbaşa dövlətə və kilsəyə qarşı sui-qəsdidir və təəssüf ki, bu sui-qəsddə başqa xəyanətkarların izləri də var".

Aktual.ge xəbər verir ki, bunu Baş nazir İrakli Qaribaşvili məxfi məlumatların yayılması ilə əlaqədar jurnalistlərə müsahibəsində söyləyib.

Hökumət başçısının sözlərinə görə, bu, kilsəyə və keşişlərə qarşı birbaşa düşmənçilikdir.

“Bu, onları gözdən salmaq cəhdidir. Bu, dövlətimizə qarşı bir sui-qəsddir. Bu tamamilə qəbuledilməzdir. Dövlət qanun adı ilə bir cavab verəcək və hər kəsi və hər şeyi araşdırılacaq. Əlbəttə ki, televiziyalar bütün bunları, yalanı və təkrar edərək kilsəni və keşişləri gözdən salması təəssüf doğurur. Bu sizin məsuliyyətinizdir. Bu, Saakaşvili və müxalifətin son cəhdidir. Bilirlər ki, hər bir şəhərdə ciddi şəkildə məğlub olurlar. Hər şey seçkilərin ikinci gününə yönəlib. Müəyyən təxribatlar təşkil etmək istəyirlər. Dövlət heç bir təxribata dözməyəcək. Kilsəmizin bütün xəyanətkarlarına və düşmənlərinə sərt cavab verəcəyik. 'Milli Hərəkat'ın imzası əhalini aldatmaq üçün saxtalaşdırma, uydurmadır",-deyə i.Qaribaşvili qeyd edib.

Baş nazir məxfi fayılların yayılması ilə əlaqədar Prokurorluğun başlatdığı istintaqa da toxunub.

"Prokurorluq istintaqa başladıldığını bildirib. Bütün versiyalar araşdırılacaq. DTX-nın vacib bölmələrinə vaxtilə rəhbərlik edən və dinləmə xidməti də daxil olmaqla bir çox məlumat əldə edə bilən Xocevanişvili (Aleksandr Xocevanişvili, sabiq baş nazir Giorgi Qaxarianın komdansının aparıcı simalarından biri - red.) iştirak etdiyi versiyası var. Bu barədə spekulyasiya etmək istəmirəm və ilkin nəticələr vermək istəmirəm. Gəlin istintaqı gözləyək, ciddi bir cinayətlə məşğul olsaq bunun uydurma, saxtalaşdırma olub olmadığını müəyyən ediləcək",-deyib İ.Qaribaşvili. 

Məlumat üçün bildirək ki, yerli mətbuatda yayılan bir sıra iddialara görə, DTX jurnalistləri və din xadimlərinin dinləyirmiş. İddia olunur ki, həmin fayıllar DTX-dan internetə sızdırılıb. Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti isə ötən gün etdiyi açıqlamada qeyd edib ki, istintaqın bütün mərhələlərində Gürcüstan Prokurorluğu ilə sıx əməkdaşlıq etməyə hazırdır. Bütün suallara cavab vermək üçün və hərtərəfli araşdırma aparmaq Xidmətin obyektiv maraqlarıdır.

ŞƏRH YAZ
13