Saakaşvilidən ŞOK İDDİA:
15.09.2021 15:13
1195
Siyasət
A
Saakaşvilidən ŞOK İDDİA: "Bilayn" abunəçilərinin bütün siyahısını Qaxariyanın partiyasına təhvil verib

"Rusiyanın "Beeline" şirkəti Gürcüstan filialından olan abunəçilərinin tam siyahısını Qaxariyanın partiyasına təhvil verib".

Aktual.ge xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili iddia edib.

"Bu şirkət, bu gün tamamilə Rusiya FSB-si tərəfindən idarə olunur. Orada əvvəllər gürcüstanlıların payı da var idi, amma Rusiya FSB-nin dediyinə görə, İvanişvilinin dövründə bu pay Moskvadan olan rusların nəzarətində olan iş adamları tərəfindən tamamilə geri alınmışdı. Gürcüstan seçki kampaniyasında bu dərəcə birbaşa iştirak etməsi maraqlıdır, elə deyilmi?",-deyə o, özünün rəsmi "Facebook" səhifəsində yazıb.

 

ŞƏRH YAZ
1