15.09.2021 20:15
459
Siyasət
A
"Hər kəsə Saakaşviliyə daha az diqqət yetirməyi və hakimiyyət dəyişikliyinə daha çox diqqət ayırmağı tövsiyə edərdim" - Vaşadze

"Hər kəsə Saakaşviliyə daha az diqqət yetirməyi və hakimiyyət dəyişikliyinə daha çox diqqət ayırmağı tövsiyə edərdim".

Aktual.ge xəbər verir ki, bunu "Üçüncü Qüvvə"nin lideri Giorgi Vaşadze söyləyib.

O qeyd edib ki, Gürcüstanın keçmişə qayıtmaq deyil, yeni nəsil mütəxəssislərə ehtiyacı var.

"İki missiyamız var; Hökuməti dəyişmək və Saakaşvilini kənarda buraxmaq. 'Üçüncü Qüvvə'nin və 'Ağmaşenebeli Strategiyası'nın əsl vəzifəsi məhz budur. Bu halda Gürcüstanın parlaq gələcəyi olacaq. Gürcüstana keçmişin geri dönüşü deyil, yeni nəsil mütəxəssislər lazımdır”, - deyə G. Vaşadze vurğulayıb.

ŞƏRH YAZ
15