Avroparlamentaridən Saakaşviliyə çağırış
15.09.2021 20:19
969
Siyasət
A
Avroparlamentaridən Saakaşviliyə çağırış

Avropa Parlamentinin deputatı Marina Kaljurand özünün rəsmi sosial şəbəkəsində Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ilə görüşündən yazıb.

Aktual.ge xəbər verir ki, avroparlamentari özünün "Twitter" səhifəsində belə qeyd edib:

"Deputatların Mixail Saakaşvili ilə görüşü zamanı onu təxribatlardan çəkinməyə və Gürcüstandakı seçkiqabağı vəziyyəti depolarizasiya etməyə kömək etmək üçün siyasi kapitalından istifadə etməyə, 2 oktyabrda yerli seçkilərdən sonra ATƏT / DTİHB qərarına hörmət etməyə çağırdım".

 

ŞƏRH YAZ
1