Sürücülük vəsiqəsi almaq istəyənlərin nəzərinə - Xidmət Agentliyi məlumat yayır
17.09.2021 15:02
493
Maraqlı
A
Sürücülük vəsiqəsi almaq istəyənlərin nəzərinə - Xidmət Agentliyi məlumat yayır

Daxili İşlər Nazirliyi Xidmət Agentliyinin Regional Şöbəsinin Telavi Xidmətin filialında praktiki imtahan sahəsinin texniki və infrastruktur cəhətdən modernləşdirilməsini planlaşdırır, bu səbəbdən yalnız praktiki imtahan 20, 21, 22 və 23 sentyabr tarixlərində dayandırılacaq.

Aktual.ge xəbər verir ki, bu barədə DİN Xidmət Agentliyindən məlumat yayılıb.

"Qeyd olunan tarixlərdə Telavi ofisində nəzəri sürücülük imtahanından müvəffəqiyyətlə keçmiş şəxslər də daxil olmaqla bütün vətəndaşlar agentliyin hər hansı digər struktur bölməsində praktiki imtahanını verə biləcəklər.

İmtahan infrastrukturunun təkmilləşdirilməsi layihəsi çərçivəsində sentyabrın 24-dən etibarən Telavi Xidmətində sürücülük vəsiqəsi almaq istəyənlər yenilənmiş imtahanda yeni nəqliyyat vasitələri ilə birlikdə müasir GPS sistemi ilə təchiz olunmuş "B" kateqoriyalı praktiki imtahandan keçəcəklər", - deyə məlumatda bildirilib.

ŞƏRH YAZ
0