Dövlət naziri Qaracala kəndində olub
17.09.2021 15:51
295
Mədəniyyət
A
Dövlət naziri Qaracala kəndində olub

Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Naziri Tea Axveldiani, Telavi rayonunun Qaracala kəndində əhali və Zurab Jvania məktəbinin şagirdləri ilə görüşərək dövlət dilini bilməyin əhəmiyyətindən danışıb.

Aktual.ge xəbər verir ki, bununla bağlı sözügedən Nazirlik məlumat yayır.

Məlumata görə, nazir yerli əhali ilə görüşü zamanı vətəndaş bərabərliyi və inteqrasiyası ilə bağlı dövlət strategiyasının prioritetləri barədə məlumat verib və qeyd edib ki, əsas vəzifə qeyri-gürcü dilli insanlar arasında dövlət dili biliklərinin artırılmasıdır.

T.Axveldiani görüşü zamanı pandemiya ilə əlaqədar ölkədəki epidemiyaların qarşısının alınması üçün vacib və aktual mövzulardan söz açıb.

Nazirlikdən bildirilib ki, Qaracala sakinlərinə yeni strategiyanın bir hissəsi olaraq, Zurab Jvania Dövlət İdarəçilik Məktəbi, etnik azlıqlara gürcü dili haqqında məlumat vermək, onları cari məsələlər, ölkədəki vacib proseslər və problemləri müzakirə etməkdən ibarət olan dövlət dili kursuna inteqrasiya komponenti əlavə edib.

“Əksəriyyəti etnik azərbaycanlılar olan Qaracala kəndinin sakinləri ilə görüşdə bir çox məsələləri müzakirə etdik, çox maraqlı bir görüş oldu. Vətəndaş inteqrasiyasının mövcud sahələrini müzakirə etdik. Hər bir vətəndaşımızın etnik mənsubiyyətindən asılı olmayaraq şəxsi və peşəkar inkişafı üçün tam və bərabər imkanların təmin edilməsi üçün dövlət dilinin səviyyəsinin yüksəldilməsinin vacibliyinə xüsusi diqqət yetirildi. Dövlət dilinin tədrisi baxımından Jvania Məktəbinin əhəmiyyəti vurğulandı və onun inteqrasiya komponenti çərçivəsində immunoloq Maia Ruxadze ilə ölkədə davam edən peyvənd prosesini və birgə infeksiyanın qarşısının alınmasında əhəmiyyətini ətraflı müzakirə etdik",-görüşdən sonra T.Axveldiani söyləyib.

ŞƏRH YAZ
4